“ SU HƏYATDIR VƏ ONDAN SƏMƏRƏLİ İSTİFADƏ EDƏK” MÖVZUSUNDA SEMİNAR-DƏRS KEÇİRİLDİ

   Azərbaycan Respublikasında,,Su ehtiyatları”ndan səmərəli istifadənin təmin edilməsinə dair tədbirlər planına əsasən, 17 nömrəli tam orta məktəbdə biologiya müəllimi Elvira Babaxanovanın təşkilatçılığı və 7”C”sinif şagirdlərinin iştirakı ilə ,,Su həyatdır və ondan səmərəli istifadə edək” mövzusunda seminar-dərs keçirildi. Dərsin keçirilməsində əsas məqsəd içməli su ehtiyatlarından səmərəli istifadə qaydaları, alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan necə istifadə edilməsi, təbiətin çirklənməməsi, təbiəti mühafizə etməyi nümayiş etdirmək idi. Bu haqda şagirdlər hazırladıqları təqdimatları,plakatları və çəkdikləri rəsmləri,informasiya materiallarını təqdim edərək, sudan qənaətlə istifadə və onun qarşısının alınması haqqında məruzələrlə çıxış etdilər.Elvira  müəllim sinif şagirdləri ilə birgə mövzu ətrafında müzakirələr apardı və onları maraqlandıran sualları cavablandırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi