BAKI ZOOLOJİ PARKINA EKSKURSİYA

  03 dekabrda məktəbin Biologiya müəllimi Zülayə Turacova məktəbin 7,,A” sinfində,Bakı zooloji parkında “Azərbaycan qoruqları” mövzusunda dərs ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkilində sinif rəhbəri Vüsalə Ağayeva və bir neçə valideyn iştirak etmişdir. Məqsəd Azərbaycan faunasına aid olan heyvanları tanımaq, öyrənmək, təbiətdə bu heyvanlarla rastlaşdıqda onları məhv etməmək, əksinə qorumaqdır.Zooparkda şagirdlər nadir heyvanlarla tanış oldular.Azərbaycanın zəngin faunasının olması şagirdlərin nəzərinə çatdırıldı. 

Şagirdlər zooparkda olan heyvanlar haqqında ətraflı məlumatlar əldə etdilər. Zülayə müəllim şagirdlərə heyvanların və quşların həyat tərzi və qidalanması ilə bağlı maraqlı məlumatlar verdi.Şagirdlərin sualları cavablandırıldı.Ekskursiya şagirdlər tərəfindən çox maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi