MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ ,,VƏTƏNİMİZİ TANIDAQ” MÖVZUSUNDA SEMİNAR DƏRS KEÇİRİLDİ

  05 dekabrda BŞTİ-nin 2023/24-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və3.4-cü bəndlərinə əlavə olaraq ,,Dilimizi qoruyaq”şüari altında 17 nömrəli tam orta məktəbin ədəbbiyyat müəllimi İradə Mürsəlova rus bölməsinin 9,,A” sinif şagirdləri ilə,,Vətənimizi tanıdaq”mövzusunda seminar dərs təşkil etdi. Tədbirdə ilk öncə İradə müəllim vətənimizin bölgələri haqqında geniş məlumat vermiş və sonra Qalabəyli Dilək ,,Naxçıvana həsr olunmuş təqdimatla çıxış edərək,Naxçıvanda qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri - əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialı olduğunu qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi