MƏKTƏB ŞAGİRDLƏRİ BAKI ZOOLOJİ PARKINDA KEÇİRİLƏN DƏRS-EKSKURSİYALARDA İŞTİRAK ETDİLƏR

  15-27 noyabr tarixlərində 17 nömrəli tam orta məktəbin şagirdləri ,,Bakı Zooloji parkında”dərs-ekskursiyada oldular.Onlardan ,,Həyat bilgisi”fənnindən 1,,E”sinif şagirdləri sinif müəllimi Samirə Ibrahimovanın təşkilatçılığı ilə ,,Heyvanlar”mövzusunda,2,,Ə” sinif şagirdləri sinif müəllimi Elmira Ağayevanın təşkilatçılığı ilə ,,Canlılar”mövzusunda,3,,C” sinif şagirdləri sinif müəllimi Şəhla Musayevanın təşkilatçılığı ilə ,,Canlılarin müxtəlifliyi”mövzusunda,4,,C” sinif şagirdləri sinif müəllimi Samirə Xəlilovanın təşkilatçılığı ilə ,,Yer təbiətinin müxtəlifliyi”mövzusunda,5,,A”,5,,C”və 5,,D sinif şagirdləri ,,Təbiət”fənnindən sinif müəllimləri Yuliya Enullayeva,Mehriban Əliyeva və Kəmalə Bəxtiyarovanın təşkilatçılığı ilə ,,Canlıların yaşadığı yerlər”mövzusunda,6,,A”,6,,C”və 6,,Ə” sinif şagirdləri sinif müəllimləri Samirə Soltanəliyeva,Anjelika Qasımova və Aynurə Məmmədovanın təşkilatçılığı ilə ,,Heyvanların qidalanması” mövzusunda, Coğrafiya fənnindən ,,Canlılar aləminin müxtəlifliyi”mövzusunda,7,,Ə” və 8,,Ə” sinif şagirdləri sinif müəllimləri Yeganə Qasımzadə və Sevinc Dəmirovanın təşkilatçılığı ilə Coğrafiya fənnindən ,,Canlı aləmin müxtəlifliyi” və ,,Bitki və heyvanların yaşayış mühitimövzularında dərs-ekskursiyalarda iştirak etdilər.İlk olaraq,uşaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.Uşaqlar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və s. ev heyvanları yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub,onlarla oynayıb,maraqlı və əyləncəli vaxt keçiriblər.Tədbirin sonunda zooparkın ərazisində uşaqlar üçün ziyafət və şənlik təşkil edilib, xatirə fotoları çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi