"Bayrağımız qürur mənbəyimizdir"

 7 noyabr 2018-ci ildə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirildi.  Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış rəqs və mahnılar ifa edildi, şeirlər səsləndi.Tədbirin sonunda məktəbin direktoru Qasım Qasımov iştirakçıları " Bayraq Günü " münasibətilə təbrik etdi və bayrağımızın yaranma tarixi barədə ətraflı  məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi