Məktəbdə I - IV siniflərdə oxuyub anlama, oxu bacarıqlarının qiymətləndirilməsi, Raven Ağılliliq testi tətbiqi və PIRLS-2026 Beynəlxalq qiymətləndirilmə keçirildi.

İbtidai təhsilin təməl mərhələsində – xüsusilə 1-ci sinifdə – oxu bacarığının düzgün formalaşması şagirdin gələcək təhsil uğurlarının açarıdır. Oxu sadəcə sözləri tələffüz etmək deyil, həm də anlam, düşünmək və nitqi inkişaf etdirmək vasitəsidir. 

4-cü sinif şagirdləri ilə Raven Ağıllılıq Testi tətbiq olundu.Testin əsas məqsədi – şagirdlərin məntiqi düşünmə, analiz etmə və qavrama bacarıqlarını qiymətləndirmək idi.Raven testi qeyri-verbal və vizual test olub, uşaqlarda abstrakt düşüncə qabiliyyətinin ölçülməsi üçün ən effektiv üsullardan biridir. Şagirdlər testə maraqla yanaşdılar və sualları həvəslə cavablandırdılar.Bu cür psixoloji və intellektual testlər şagirdlərin düşüncə tərzini anlamaq, onların fərdi inkişafına uyğun istiqamət vermək baxımından olduqca faydalıdır.

4-cü sinif şagirdləri ilə PIRLS-2026 Beynəlxalq qiymətləndirmə imtahanı keçirildi. Qiymətləndirmə prosesi təlimatlara uyğun şəkildə təşkil olundu və şagirdlər müvafiq qaydalara əsasən imtahanda iştirak etdilər.Qiymətləndirmənin əsas məqsədi ibtidai sinif şagirdlərinin oxuyub anlama bacarıqlarının beynəlxalq səviyyədə müqayisəli şəkildə təhlil edilməsidir. Bu cür imtahanlar həm təhsil prosesinin keyfiyyətinə dair obyektiv nəticələr verir, həm də tədrisin inkişaf etdirilməsi üçün önəmli baza yaradır.Uğurlarınız bol olsun, balaca zəka sahibləri!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi