Bir müəllimin ən böyük sevinci şagirdinin uğurudur!

Bu gün fəxr və qürur hissi ilə sevimli şagirdimiz XI sinif şagirdi Camal Əfəndini təbrik edirik.Onun əzmi, zəhməti və səbirli çalışmaları nəticə verdi!
Bizim üçün çox sevindirici haldır ki, 2025-ci il mart ayında Nyu Yorkda BMT- nin baş ofisində keçirilən Change the World MUN konfransında ölkəmizi təmsil edənlər arasında məktəbimizin şagirdi Camal Əfəndi də var.194 ölkədən qatılmış 7000 gəncdən ibarət olan konfransda 15-18 yaşlı nümayəndələr arasında 10 mükafatdan ikisini Azərbaycan qazanıb. Onlardan biri şagirdimiz Camal Əfəndidir.Beynəlxalq məsələlərin müzakirəsində analitik düşüncə tərzi, mükəmməl nitq qabilliyyəti, araşdırma və s qabilliyyətinə görə“Best Delegate” və“Best Delegation” mükafatlarına layiq görülüb. Sonra BİC - ofisinə dəvət alıb.CWMUN - konfransı BMT formatında keçirilən konfransdır.Bu tədbir diplomatiya ilə maraqlanan gənclərin , şagirdlərin bir araya gəlib Beynəlxalq məsələləri müzakirə edib, həll yolunu tapma platformasıdır. Konfransa qatılan iştirakçılar müxtəlif ölkə və təşkilatları təmsil edərək müzakirə bacarıqlarını inkişaf etdirirlər. Bunun üçün iştirakçılar geniş tədqiqat aparmalı, sosial ədalət , insan haqları, ekoloji problemlər, səhiyyə və digər məsələlərə dair müzakirələr etməlidirlər.
Vətənimizi layiqincə təmsil edən gəncimizə uğurlar arzu edirik.
Gənclərin hər bir uğuru bizim uğurumuzdur.
Uğurların davamlı olsun, işıqlı yollar səninlə olsun!