9-cu sinif şagirdlərimizlə imtahan öncəsi psixoloji hazırlıq mövzusunda treninq keçirdik.

 Görüşün əsas məqsədi şagirdlərə imtahan həyəcanı ilə mübarizə yollarını göstərmək, özlərinə inam hissini gücləndirmək və onları emosional cəhətdən bu mühüm mərhələyə hazırlamaq idi. Treninq zamanı şagirdlərlə açıq və səmimi söhbətlər aparıldı. Onların imtahanla bağlı narahatlıqları, qorxuları və ümidləri dinlənildi. İmtahan həyəcanının təbii olduğu izah edildi və onunla mübarizə aparmaq üçün praktiki tövsiyələr verildi:

• Dərin nəfəs alma və rahatlama texnikaları

• Öz gücünə inanma və pozitiv düşünmə

• Zamanın düzgün idarə olunması

• Yuxu və qidalanma rejiminin əhəmiyyəti

• Hədəf qoyma və kiçik uğurların dəyərləndirilməsi

Şagirdlər treninqə maraqla qoşuldular və interaktiv fəaliyyətlərdə fəal iştirak etdilər. Onların düşüncələrini bölüşmələri və verilən tövsiyələrə açıq olmaları bu tip görüşlərin nə qədər faydalı olduğunu bir daha göstərdi. Görüşün sonunda hər bir şagirdə özünü motivasiya edən bir cümlə yazdırıldı və bu cümlələri gündəlik xatırlamalar üçün özləri ilə götürdülər. Bu cür treninqlərin davamlı olması, şagirdlərin yalnız akademik deyil, psixoloji cəhətdən də dəstək almaları üçün çox önəmlidir.

Psixoloq Məmmədzadə Şəlalə.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi