20 Yanvar faciəsinin anım günü

19 yanvar 2016-cı ildə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönünü ilə əlaqədar, şəhidlərimizin, eləcə də məktəbimizin şagirdi olmuş şəhid İlqar Rəşid oğlu İbrahimovun anım tədbiri keçirildi. Məktəbimiz İlqar İbrahimovun adını daşıyır. Tədbirdə şəhidin anası, məktəbin müəllimləri və şagirdləri iştirak etdilər. Gün ərzində şagirdlərimiz məktəbin həyətində qoyulmuş İlqar İbrahimovun büstü önünə tər qərənfillər qoyaraq şəhidimizin xatirəsini bir daha yad ediblər. Eyni zamanda, müəllim kollektivi və şagirdlərimiz Şəhidlər xiyabanını da ziyarət ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi