Heydər Əliyev adına Ali Hərbi Məktəbin nümayəndələri məktəbimizdə!

Gələcəyin zabitləri ilə tanışlıq! 

 9, 10 və 11-ci sinif şagirdləri üçün xüsusi bir görüş təşkil olundu.Görüşün qonaqları Heydər Əliyev adına Ali Hərbi Məktəbin nümayəndələri idi.

Görüşün məqsədi:

 -Şagirdlərə hərbi təhsil haqqında ətraflı məlumat vermək

- Ali hərbi məktəbdə qəbul qaydalarını izah etmək

- Hərbçi peşəsinin məsuliyyətini və şərəfini çatdırmaq

- Gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək

 Nümayəndələr şagirdlərin suallarını cavablandırdılar,öz təcrübələrindən danışdılar və hərbi həyatın üstünlüklərini paylaşdılar.

 Şagirdlərimiz üçün həm maarifləndirici, həm də ruhlandırıcı bir görüş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi