Məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsi keçirildi.

Milli-mənəvi dəyərlərimiz – kimliyimizin aynasıdır!
Tariximiz,dilimiz,adət-ənənələrimiz,musiqimiz,ailə münasibətlərimiz və qonaqpərvərliyimiz bizi biz edən ən böyük sərvətlərimizdəndir.Bu dəyərləri yaşatmaq – keçmişə sədaqət,gələcəyə borcdur.Gəlin,milli kimliyimizi qoruyub gələcək nəsillərə layiqincə ötürək!
Dəyərlərimizi qorumaq – sadəcə onları öyrənmək deyil,gündəlik həyatımızda yaşatmaqdır.Böyüklərimizin hikmətli sözlərini,adət-ənənələrimizi,sənətimizi,musiqimizi,milli geyimlərimizi,ədəbiyyatımızı yaşatmaq,milli kimliyimizə sahib çıxmaq deməkdir.
Azərbaycan xalçaçılığı əsrlərin dərinliyindən gələn sənət incəsidir.Xalçalarımız yalnız yerimizi bəzəmir,onlar xalqımızın tarixini,düşüncəsini,yaşam tərzini və ruhunu özündə yaşadır.Hər bir ilmə,hər bir naxış babalarımızın əllərinin,könüllərinin izini daşıyır.Dəyərlərini qoruyan xalq,gələcəyini də qoruyur.
Xalça — bizim kimliyimiz,şərəfimiz və qürurumuzdur.
Gəlin birlikdə dəyərlərimizi yaşadaq və gələcəyə daşıyaq!