Məktəbdə Müstəqillik Günü qeyd olundu!

28 May – Müstəqillik Günüdür.Bu gün məktəbimizdə şagirdlərin iştirakı ilə 28 May – Çüstəqillik Günü münasibətilə bayram tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Vətən uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu.Şagirdlər müstəqillik tariximiz, Azərbaycan Xalq Cümhuriyyəti və onun baniləri haqqında maraqlı məlumatlar paylaşdılar,ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.Onların ifasında vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndi.Bu tədbir şagirdlərdə milli kimlik və vətən sevgisinin daha da möhkəmlənməsinə səbəb oldu.
Yaşasın Azərbaycan!