Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirin əsas məqsədi Ulu Öndərin zəngin həyat yolunu,xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini şagirdlərə daha yaxından tanıtmaq,onlarda vətənpərvərlik və milli ruhu daha da gücləndirmək idi.Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Məktəbin şagirdləri Heydər Əliyevin siyasi irsi, dövlət quruculuğundakı xidmətləri və təhsilə verdiyi önəm haqqında çıxış etdilər.Şagirdlərin ifasında vətənpərvər şeirlər səsləndi,bədii kompozisiyalar təqdim olundu və məktəbin musiqi kollektivinin ifasında Ulu Öndərə həsr edilmiş mahnılar dinlənildi.Tədbirin sonunda məktəb rəhbərliyi çıxış edərək Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı və şagirdləri onun ideyalarına sadiq qalmağa səslədi.Belə tədbirlər şagirdlərin milli kimliyinin formalaşmasında və onların tarixi şəxsiyyətlərə olan hörmət və ehtiramının artırılmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi