Məktəbdə maarifləndirici tədbir keçirildi.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq məktəbimizdə yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirildi.Tədbirdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti,dövlət suverenliyi,vətəndaş hüquq və azadlıqları barədə məlumat verildi.Tədbirin məqsədi gənc nəslin hüquqi düşüncəsinin formalaşdırılması,dövlətçiliyə və Konstitusiyaya hörmət ruhunda tərbiyə olunması idi.