" Bizim böyük qələbəmiz "

Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ,,Bizim böyük qələbəmiz,, adlı kitabının təqdimatı keçirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vasif müəllim,məktəbin məzunları olmuş 3 nəfər Qazi,şəhid anası Süsən müəllimə,şəhid övladı məktəbin məzunu Aysu xanım,şagirdlər və müəllimlər iştirak etdilər.Tədbir yüksək səviyyədə keçirildi.Tədbirdə 44 günlük müharibədə qazanılmış qələbə,uğurlar və nailiyyətlər,işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verildi.