1 İyun-Uşaqların müdafiəsi günü

24 mayda 163 №-li məktəbin 1c sinif şagirdləri ilə tədbir keçirilmişdir. Bu tədbir üç bayramı əhatə edirdi. “Əlifba bayramı”, “28 May Respublika günü”, “1 İyun-Uşaqların müdafiəsi günü”. Tədbirdə məktəbin rəhbərliyi, müəllim heyəti, valideynlər iştirak edirdilər. Şagirdlər tədbiri Azərbaycan Respublikasının himni ilə açdılar. Şagirdlərin çıxışları, rəqsləri, mahnıları bəyənildi və alqışlandı. Bu tədbir vasitəsi ilə şagirdlərdə vətənə, böyüklərə məhəbbət hissi aşılandı, öz hüquqları haqqında məlumatlar aldılar. Tədbirin sonunda şagirdlər məktəbin rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi