GƏLİR YAZIM, ÇALIR SAZIM

 18.03.2024-cü il tarixdə məktəbin fəaliyyət göstərən dərnək müəllimlərinin iştirakı ilə  Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Milli ruhda bəzədilmiş Akt zalı al-əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, rəngarəng xonçalar yazın gəlişindən xəbər verirdi. Şagirdlər  bahar bayramı ilə bağlı şeirlər, mahnılar, hakıştalar ifa etdilər. Novruz bayramının tarixindən, su, od, yel, torpaq çərşənbələri ilə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açdılar. Sonra Kosa ilə Keçəl səhnəyə gəlib tamaşaçıları təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi