Şəhidlər ölməz- Vətən bölünməz!

 Vətən yolunda canından keçənlərə ölü deməyin-əksinə onlar hər zaman bizim qəlbimizdə, beynimizdə, ürəyimizdə, ruhumuzda daim yaşayacaqlar.

   Elə günlər var ki, onlar unudulub gedir, elələridə var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlıq göstərmiş vətən, torpaq uğrunda canından keçmiş şəhidlərdir. Çünki bu dünyada hamımıza bəxş olunan ömür payı var. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır - şəhid olmaq.Canından keçməklə xalqın qəhrəmanlıq dastanını,azadlığını canı ilə qazanıb qanı ilə yazanlardan biridə məktəbin məzunu şəhid Cəmil Məmmədlidir.

      Bu gün onun şəhidlik zirvəsinə ucalan günüdür. Torpaqlarımız uğrunda canından keçdi, lakin illər, əsirlər keçsədə heç vaxt unudulmayan ürəyimizin ən dərin güşəsində yer alan Cəmil Daim qəlbimizdə yaşayacaq, gələcək nəsillərə örnək olacaq.

      Allah vətən,torpaq uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi