Qan yaddaşımız

   20 Yanvar 1990-cı il! O şanlı tarixdən 30 il keçməsinə baxmayaraq vətənimizin hər bir “daşı” o tarix qarşısında sayqı ilə əyilir, hörmətlə yad edir.

   Yanvarın 16-da 5c sinfinin ədəbiyyat dərsi bu mövzuya həsr olundu. Sinif rəhbəri Vətəngül müəllimə mövzu ilə bağlı sinifdə tədbir keçirdi, əvvəlcə dövlətimizin himnin səsləndi, sonra şəhidlərimizin xatirəsi 1dəqiqə sükutla yad edildi. Mövzu ilə bağlı şagirdlər öz maraqlı araşdırmalarını – esse və təqdimatlarını oxudular, vətənpərvər ruhlu  şeirlərini səsləndirdilər.

    Tədbirdə məktəbimizin psixoloqu Aygül müəllimə də iştirak etdi və şagirdlərlə 20 Yanvar haqqında söhbətlər etdilər. Bu tədbir şagirdlərin vətənpərvər ruhunu daha da möhkəmləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi