Qar kraliçası

   Dekabrın 28-də ingilis dili müəllimi İbrahimova Bikə Hans Xristian Andersenin 1844-cü ildə qələmə aldığı “Qar karaliçası” nağılını məktəbin akt zalında səhnələşdirdi. Tədbir ingilis dilində “Yeni il” mahnısı ilə başladı.

   Bir qədər soyuqluq, bu qış yağmayan qara inad boranlı, şaxtalı abı-havanı yaradan "Qar kraliçası” əsərini 5a sinfinin şagirdləri ifa edirdilər. Əsas qəhrəmanlar balaca Kay və Gerda  ayrılmaz dostlardır. Nənənin nağıllarına qulaq asan uşaqlar Qar kraliçasının kimliyindən xəbər tuturlar. Gerda qorxsa da Kay onu qoruyacağını bildirir və bu, Qar kraliçasına xoş gəlmir, qəzəblənib hər tərəfi buzlaşdırır və Kayı da oğurlayır. Ancaq uzun keşməkeşlərdən sonra Gerda dostunu xilas edib Qar kraliçasına qalib gəldi.

  Tamaşa zamanı şagirdlər ingilis dilində şeyirlər, mahnılar ifa etdilər.

  Tədbirin sonunda məktəbin direktoru Sevil Cavadova Bikə müəlliməyə və şagirdlərə gözel tamaşa hazırladıqları üçün təşəkkür etdi və belə tədbirlərin davamlı  keçirilməsinin vacibliyini vurğuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi