"Kiçik Akademiya"nın təsis konfransı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair” 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə əsasən 12.02.2019-cu il tarixdə məktəbin akt zalında Kiçik Akademiyanın fəaliyyətinə həsr olunmuş növbəti konfrans keçirildi. Konfransda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı müavin, psixoloq, UBR, müəllimlər və 9-11-ci snif şagirdləri iştirak etdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Mehriban Ələkbərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Hüseynova çıxış edərək keçən dövr ərzində Kiçik Akademiyanın yaradılması ilə bağlı məktəbdə aparılan hazırlıq işlərindən danışdılar.Onlar qeyd etdilər ki, yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Çıxış edənlər qeyd etdilər ki, “Kiçik Akademiya”nın fəaliyyəti zamanı şagirdlərin fərdi və qrup şəkilində irəli sürdükləri ideyaların həyata keçirilməsində onlara müəllimlər tərəfindən edilən köməklilklə yanaşı həm də Elmlər Akademiyasının əməkdaşları tərəfindən dəstək olacaqdır. "Məktəb Kiçik Akademiyası”nın (MKA) strukturu təsdiq olundu. Prezident, Vitse-prezidentlər, İnformasiya-resurs Mərkəzi, Təbiət elmləri bölməsi, Texniki elmlər bölməsi, Humanitar elmlər bölməsi yaradıldı. MKA-nın ali orqanı olan Koordinasiya şurasının tərkibi təsdiq edildi. Prezident – Nəsibov Qabil İxtiyar oğlu – direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı). Vitse-prezidünt – Məmmədova Almara Filaton qızı – tarix müəllimi. Vitse-rezident – Xudiyeva Fatma İbrahim qızı – coğrafiya müəllimi. İnformasiya-resurs mərkəzinin rəhbəri – Əhmədli Aysel Yusif qızı – informatika müəllimi, Təbiət elmləri bölməsinin rəhbəri – Əliyeva Könül Zakir qızı – coğrafiya müəllimi. Texniki elmləri bölməsinin rəhbəri – Tağızadə Aygün Vaqif qızı – riyaziyyat müəllimi, Humanitar elmləri bölməsinin rəhbəri – Quluyeva Aygün Nəsib qızı – Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundu. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradıldı və tərkibi təsdiq edildi. Sədr – Axundova Fidan Həmid qızı – texniki elmlər bölməsi, 10”A” sinif şagirdi. Üzvləri – Hümbətova Leyla Rahim qızı – texniki elmlər bölməsi, 9”M” sinif şagirdi, Novruzov Toğrul Yaşar oğlu – təbiət elmlər bölməsi, 10”A” sinif şagirdi, Sultanova Fizzə Emin qızı – təbiət elmlər bölməsi, 9”A” sinif şagirdi, Əliyeva Nurçin Yaşar qızı – humanitar elmlər bölməsi, 9”B” sinif şagirdi və Xəlilov Xancan Namiq oğlu – humanitar elmlər bölməsi, 10”B” sinif şagirdi təyin olundu. Konfransda qərara alındı ki, MKA öz fəaliyyətini müəllim tədqiqat işləri, şagird tədqiqat işləri və beynəlxalq münasibətlər istiqamətləri üzrə təşkil etsin. Elmi tədqiqat və layihələr üzrə fəaliyyətlər bölmələr və onların tərkibində fəaliyyət göstərən ayrı-ayrı fənlər üzrə qruplarda aparılsın. Qrupların işinə nəzarət qrup rəhbərlərinə və fənn müəllimlərinə həvalə edilsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi