HAQQIMIZDA

     Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Yasamal rayon ərazisində yerləşir. İllərdən bəri öz nümunəvi fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri olan 158 № li tam orta məktəb 1961 - ci ildə eyni ünvanda inşa olunmuşdur. Məktəb hər biri 4 mərtəbədən ibarət 3 əsas və 1 yardımçı korpusdan ibarətdir. Təməli qoyulandan yüksək pedaqoji təcrübəsi olan müəllimlərin məktəbə cəlb olunmasının bariz nümunəsidir ki, inşa olunandan bu günə kimi məktəbimiz Azərbaycanda, habelə dünyada öz sözünü söyləmək gücünə malik məzunlar yola salmışdır. 2011 - 2012 - ci tədris ilində ölkə başçısının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" olan 158 № li tam orta məktəb hal-hazırda direktor, 5 direktor müavini, psixoloq, UBTR, GÇHR, 179 müəllim və 2 kitabxanaçıdan ibarət pedaqoji kollektivə malikdir və 3022 şagirdi var. Məktəbdə təlim azərbaycan və rus dillərində aparılır. İkinci xarici dil kimi rus, ingilis, alman və italiyan dilləri tədris olunur. Məktəb 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəcamına əsasən ilk dəfə əsaslı təmir olunaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Sevindirici, eyni zamanda qürurverici haldır ki, cənab Prezident və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-2014-cü dərs ilinin ilk günü - 16 sentyabrda məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında şəxsən iştirak etmişlər. Məktəbimiz “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Qax rayonunun 1 saylı məktəb – liseyi və OSEP layihəsi çərçivəsində İtaliya səfirliyinin təşəbbüsü ilə qardaşlaşmışdır. 158 № li tam orta məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır: Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunduğu Yasamal rayonunda 3 pilot məktəbdən biridir. Məktəbimizdə ümumtəhsil məktəblərinin pilot məktəbəhazırlıq qrupları təşkil olunub. 2016-cı ilin dekabr ayından Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu” pilot layihəsi də uğurla həyata keçirilir. 2016 - ci ildə "Yaz həyəti" layihəsində məktəbimiz "Nümunəvi yaz həyəti" nominasiyası üzrə Cənab nazirin imzası ilə I yerə layiq görülmüşdür. Bir çox layihələrin uğurla icra edildiyi məktəbimizdə ilboyu müxtəlif ali təhsil müəssisələrindən 500 - dən artıq tələbə təcrübə keçmək məqsədilə gəlir. Uğurlu təlim - tərbiyənin, yüksək təhsilin nəticəsidir ki, bu gün məktəbimizin şagirdləri öz sözlərini bir çox sahələrdə deməyə müvəffəq olmuşlar. Məktəb "Gənc Lütfizadələr" yetişdirməkdədir. Bunun əyani sübutudur ki, 6 - cı sinif şagirdi Məmmədov Kamran - məntiq olimpiadasında respublika üzrə 28835 nəfər arasında 83 medalistdən biri olmuşdur. Məktəbin idman sahəsində uğurları da saysızdır. Bakı - 2015 Avropa oyunlarında 21 qızıl medalçıdan 2 nəfəri - Ayxan Tağızadə və Elvin Mürsəliyev məktəbin məzunlarıdır. 2016 - cı ilin dekabr ayında məktəbin şagirdi Qasımov Hacalı sambo üzrə dünya çempionatında erməni idmançıya 6:0 hesabında qalib gələrək dünya çempionu adını qazanmışdır. Məzunlarımız ali məktəbə qəbulu üzrə göstərici daima 60-70% səviyyəsində olmuşdur. Yüksək təhsilləri zirvələri fəth etməyi qarşısına məqsəd qoyan direktor Mehriban Ələkbərova və geniş kollektiv daha geniş uğurların əldə olunması, şagirdlərin daha yaxşı şəraitdə təhsil olunması üçün əlindən gələni əsirgəmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi