Kiçik Akademiya

“Kiçik akademiyanın” üzvləri Humanitar fənnlər üzrə növbəti təqdimatlarını keçirmişlər.     21 Fevral 2020-ci il tarixində 158 №-li tam orta məktəbin Humanitar fənnlər üzrə “Kiçik akademiyanın” üzvləri növbəti təqdimatlarını keçirmişlər. Şagirdlərdən 10-cu sinif şagirdi Nərmin əhmədova “Gəncə və gəncəlilər” və 9-cu sinif şagirdi Nigar Quliyeva “Qusar və ləzgilər” mövzusunda şıxış etmişlər. Şagirdlər üzvləri həmən şəhərlərin etimologiyası, tarixi, əhalisi, adət-ənənələri ilə tanış etmişlər.      Tədbirdə məktəbin direktoru Mehriban Xanım Ələkbərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəxtiyarova Qərənfil, məktəbin tarix müəllimləri (“Kiçik akademiyanın” üzvləri”) Məmmədova Almara və Xubyarova Aydan iştirak etmişlər.

Ətraflı

Şagirdlərin "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiyası      2020-ci ilin fevral ayının 7-də 158 №-li tam orta məktəbin 8-ci və 10-cu sinif şagirdləri “Tariximizi öyrənək”, “Vətənimizi tanıyaq” adlı aksiya çərçivəsində tarix müəllimləri Məmmədova Almara və Xubyarova Aydanın rəhbərliyi altında  "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiyası etmişlər. Ekskursiya çox maraqlı keçib. Şagirdlər kompleksdə sərgilənən ekspanatlarla yaxından tanış olublar. Şagirdlər ekskursiyadan xoş təəssuratla qayıtdılar.

Ətraflı

“Su keçirən yollar” mövzusunun ilkin müzakirəsi keşirildi08 yanvar 2020-ci il tarixində 158 №-li tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın Təbiət elmləri bölməsinin Fizika qrupunun növbəti iclası keçirildi. İclasda “Su keçirən yollar” mövzusunda aparılan tədqiqat işinin vəziyyəti müzakirə olundu. Qrup halında görülən iş haqqında 9E sinif şagirdləri  Priyev Tural və Mikayılzadə Tahir məlumat verdilər. Şagirdlərin rəhbəri fizika müəllimi, fizika üzrə fəlsəfə doktoru Xasıyeva Gülər işlə bağlı tövsiyə və təkliflərini bildirdi. İclasın işində məktəbin direktoru Mehriban Ələkbərova və “Kiçik Akademiya”nın prezidenti Qabil Nəsibov iştirak etdilər. Fizika qrupuna yeni üzvlər qəbul edildi. 

Ətraflı

"Kiçik Akademiya"nın təsis konfransı keçirildiBakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair” 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə əsasən 12.02.2019-cu il tarixdə məktəbin akt zalında Kiçik Akademiyanın fəaliyyətinə həsr olunmuş növbəti konfrans keçirildi. Konfransda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı müavin, psixoloq, UBR, müəllimlər və 9-11-ci snif şagirdləri iştirak etdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Mehriban Ələkbərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Hüseynova çıxış edərək keçən dövr ərzində Kiçik Akademiyanın yaradılması ilə bağlı məktəbdə aparılan hazırlıq işlərindən danışdılar.Onlar qeyd etdilər ki, yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Çıxış edənlər qeyd etdilər ki, “Kiçik Akademiya”nın fəaliyyəti zamanı şagirdlərin fərdi və qrup şəkilində irəli sürdükləri ideyaların həyata keçirilməsində onlara müəllimlər tərəfindən edilən köməklilklə yanaşı həm də Elmlər Akademiyasının əməkdaşları tərəfindən dəstək olacaqdır. "Məktəb Kiçik Akademiyası”nın (MKA) strukturu təsdiq olundu. Prezident, Vitse-prezidentlər, İnformasiya-resurs Mərkəzi, Təbiət elmləri bölməsi, Texniki elmlər bölməsi, Humanitar elmlər bölməsi yaradıldı. MKA-nın ali orqanı olan Koordinasiya şurasının tərkibi təsdiq edildi. Prezident – Nəsibov Qabil İxtiyar oğlu – direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı). Vitse-prezidünt – Məmmədova Almara Filaton qızı – tarix müəllimi. Vitse-rezident – Xudiyeva Fatma İbrahim qızı – coğrafiya müəllimi. İnformasiya-resurs mərkəzinin rəhbəri – Əhmədli Aysel Yusif qızı – informatika müəllimi, Təbiət elmləri bölməsinin rəhbəri – Əliyeva Könül Zakir qızı – coğrafiya müəllimi. Texniki elmləri bölməsinin rəhbəri – Tağızadə Aygün Vaqif qızı – riyaziyyat müəllimi, Humanitar elmləri bölməsinin rəhbəri – Quluyeva Aygün Nəsib qızı – Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundu. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradıldı və tərkibi təsdiq edildi. Sədr – Axundova Fidan Həmid qızı – texniki elmlər bölməsi, 10”A” sinif şagirdi. Üzvləri – Hümbətova Leyla Rahim qızı – texniki elmlər bölməsi, 9”M” sinif şagirdi, Novruzov Toğrul Yaşar oğlu – təbiət elmlər bölməsi, 10”A” sinif şagirdi, Sultanova Fizzə Emin qızı – təbiət elmlər bölməsi, 9”A” sinif şagirdi, Əliyeva Nurçin Yaşar qızı – humanitar elmlər bölməsi, 9”B” sinif şagirdi və Xəlilov Xancan Namiq oğlu – humanitar elmlər bölməsi, 10”B” sinif şagirdi təyin olundu. Konfransda qərara alındı ki, MKA öz fəaliyyətini müəllim tədqiqat işləri, şagird tədqiqat işləri və beynəlxalq münasibətlər istiqamətləri üzrə təşkil etsin. Elmi tədqiqat və layihələr üzrə fəaliyyətlər bölmələr və onların tərkibində fəaliyyət göstərən ayrı-ayrı fənlər üzrə qruplarda aparılsın. Qrupların işinə nəzarət qrup rəhbərlərinə və fənn müəllimlərinə həvalə edilsin.

Ətraflı
HAQQIMIZDA

     Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Y...

BİZİM FƏXRLƏRİMİZ

Rəşad Xaliqov Fərhad

Əminə İsmayılova Anar

HAQQIMIZDA

     Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Y...

BİZİM FƏXRLƏRİMİZ

Rəşad Xaliqov Fərhad

Əminə İsmayılova Anar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi