“Azadlığın mübarək, Azərbaycan” adlı tədbir keçirildi

18.10.2017-ci il tarixində ədəbiyyat müəllimi Quliyeva Nəzakət tərəfindən 5a sinif şagirdlərinin iştirakı ilə Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə şagirdlərin ifasında Himn səsləndirildi. Sonra A.Leyla, B.Nərmin, B.Hacı, Ə.Fatimə, H.Məlakə, H.Züleyxa “əsgər marşı” nı oxudular. Ə.Nahidənin ifasında söylənilən “Bayraq” şeiri şagirdlərin milli rəmzlərimizə olan sevgisindən, hörmətindən xəbər verirdi. Daha sonra Mahirə “Ana vətən”, V.Ləman “Doğma yurdum”, V.Toğrul “Əsgərlər”, V. Zeynəb isə “Müstəqillik günü” şeirlərini söylədilər. Sonda bütün şagirdlərin ifasında “Azadlıq marşı” musiqisi səsləndi. Vətənpərvər ruhda olan bu tədbirlər gələcəyimiz olan uşaqların vətənə, millətə layiq övlad olacaqlarından xəbər verir.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi