Məhəmməd Füzuli 530 illiyinə həsr olunmuş tədbir keçirilib

18 aprel tarixində məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Naziyyə Hüseynova tərəfindən VIII E sinif şagirdlərinin iştirakı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Lalə Bayramova, kitabxanaçı Məlahət Abdurahmanova iştirak ediblər.

Tədbirin əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaqdan ibarət olub. Əvvəlcə müəllim çıxış edərək qüdrətli sənətkarın yaradıcılığı, fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verib. Daha sonra şagirdlər hazırladıqları təqdimatları və şairin bir neçə qəzəlini səsləndiriblər.

Sonda şagirdlər şairin kitabları ilə tanış olub, əsərlərini müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi