IX sinif şagirdləri ilə "İmtahan həyəcanı və onun aradan qaldırılması" psixomaarifləndirici söhbət aparılıb

  Aprelin 18-i məktəbin psixoloqu Maniyeva Aygün tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “ İmtahan Həyəcanının dərəcəsi” sorğusu keçirilib. Sorğunun keçirilməsində əsas məqsəd şagirdlərdə imtahan qabağı hazırlıqla bağlı narahatlılıq hissinin aşkar çıxarılmağı, bədən reaksiyaları (gərginlik, yuxusuzluq, iştahasızlıq kimi fiziki narahatlılıq) , zehni reaksiyalar ( imtahana hazırlaşarkən ətrafımızda baş verənlərdən hədsiz təsirlənmək və əksinə hazırlıqlı olmaq) ümumi imtahan həyəcanını dəyərləndirməkdən ibarət olub.

Psixoloq şagirdlərə sorğu vərəqlərini paylayıb, öncədən onları təlimatlandırıb. Şagirdlər sorğunu həvəslə işlədikdən sonra cavablar əsasında fikir mübadiləsi aparılıb. Sonda məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Bayramova Lalə və sinif müəllimləri Zakirli Nailə, İsmayılova Günay, Alxazova Böyükxanım və digər sinif rəhbərləri çıxış edərək şagirdlərə gələcək imtahanlarda uğurlar arzu ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi