Monitorinq qiymətləndirmə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VI sinif şagirdlərinin Təbiət, VII sinif şagirdlərinin Azərbaycan tarixi fənlərindən bilik və bacarıqlarının monitorinq qiymətləndirilməsi həyata keçirilir. Monitorinqdə şagirdlərə Təbiət və Azərbaycan tarixi fənlərinin hər biri üzrə 20 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üçün iki variantda hazırlanmışdır. Şagirdlərə tapşırıqların icrası üçün 45 dəqiqə vaxt verilir.
Monitorinqin keçirilməsində əsas məqsəd Təbiət və Azərbaycan tarixi fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!
Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi