Yaşıl dünya naminə həmrəylik ili

Yer üzündə mövcud ekoloji vəziyyət düzgün ekoloji təfəkkürün formalaşmasına ehtiyacın olduğunu müəyyən edir. İnsanın təbiət haqqında elmi biliklərini, canlılar aləminin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadəsi və bərpası sahəsində müəyyən oriyentasiya və fəal həyat mövqeyini inkişaf etdirməyə yönəlmiş ekoloji təhsil və tərbiyə indi bütün bəşəriyyət üçün həqiqətən də obyektiv zərurətdir.

Ekoloji maarifləndirmənin əsas problemi əhalinin əksəriyyətinin təbiətə və ətraf mühitə olan passivliyi, laqeydliyi, istehlakçı münasibətindədir. İnsanlar bəzən təbii mühitə utilitar yanaşmanın nə qədər zərərli olduğunu dərk etmirlər. Uzun müddət cəmiyyətdə təbiətin tükənməzliyi haqqında fikir var idi.

 “Yaşıl dünya naminə həmrəylik ili ” tədbirlər planına istinadən məktəbimizdə keçirilən sinif təşkilat saatlarında şagirdlər böyüyüb  inkişaf etdikləri  mühitin yaxşılaşdırılmasına yönəlmiş bilik və bacarıqlar əldə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi