Hər zaman qaydalara əməl edək!

08.06.2023-cü il tarixində 2c sinfində “Hər zaman qaydalara əməl edək!” mövzusunda yarış keçirilib. Yarış zamanı uşaqlar yolu keçmək qaydaları haqqında səhnəciklər göstərib, işıqfor və yol nişanları haqqında şeirlər, mahnılar səsləndiriblər, yol hərəkəti qaydalarına aid sualları cavablandırıblar.

2c sinfinin sinif rəhbəri A.Musayeva şagirdlərlə proflaktiki söhbətlər aparıb, onlara yolu keçərkən telefon və qulaqlıqlardan istifadə olunmaması kimi önəmli məqamları başa salınıb. Valideyn nəzarətsizliyi üzündən sürücülük hüquqi olmayan halda uşaqların törətdiyi faciələrdən danışıb.

Məqsəd küçə və yollarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi