Albert Aqarunovun xatirəsinə həsr edilmiş tədbir

Birinci və İkinci Qarabağ müharibələrində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. Həmin qəhrəmanlardan biri də yəhudi xalqının nümayəndəsi, adı dillərdə əzbər olan Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovdur. Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir.

Bu gün Albert Aqarunovun adını daşıdığı 154 nömrəli tam orta məktəbdə  dəyərli qonaqlarımız ilə birgə məktəb kollektivi və şagirdlərimiz şəhidin xatirəsinə ucaldılan abidə önünə gül çələngləri qoyduqdan sonra bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdilər. Daha sonra məktəbin akt zalında şəhidin anım tədbiri keçirildi. Tədbirdə Suaraxanı rayon İcra hakimiyyətinin nümayəndələri,  Albert Aqarunovun ailə üzvləri, qazilər, müharibə veteranları və şəhid anaları iştirak edirdilər. Qonaqların çıxışlarından sonra tədbir bədii hissə ilə davam etdi.

Eyni zamanda Albert Aqarunovun xatirəsinə hörmət əlaməti olaraq bir neçə sinifdə müəllimlərimiz şagirdlərlə vətənpərvərlik, şəhidlərimiz və işğaldan azad edilən torpaqlarımızla bağlı söhbətlər apardılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi