Əziz müəllimlər, bayramınız mübarək!

        Oktyabrın 5-də məktəbimizdə Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə müəllim sənətinin şərəf və ləyaqəti haqqında çox danışıldı.Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Biz müəllimlərin ən böyük sevinci  şagirdlərimizin təhsildə,idmanda,incəsənətdə əldə etdikləri nailiyyətləridir.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim peşəsini yüksək qiymətləndirmişdir: ,,Müəllim  Azərbaycanda ən hörmətli insandır.Müəllimlər hər bir cəmiyyətin elitasıdır.”

            Tədbirin sonunda  VI E  sinif şagirdlərindən bir qrupu müəllimlik sənətinə həsr olunan  şeirlər  ilə məktəbin  müəllimlərini  təbrik etdilər.

       .

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi