HAQQIMIZDA

 Bakı şəhəri 153 №-li tam orta məktəb 1962-ci ildən fəaliyyət göstərir. Məktəb 3 binadan ibarətdir. Bina 1962-ci ildə, digər binalar 1990-cı ildə tikilmişdir. Məktəb ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş Milli Qəhrəman M. İbrahimovun adını daşıyır. Məktəbdə 1500 şagirdi təhsil ala biləcəyi bütün sinif otaqları, ayrı-ayrı fənnlər üzrə kabinetləri, 70 sinif otağı, iki idman zalı, geniş akt zalı, kitabxana, yeməkxana, tibb məntəqəsi müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Məktəbdə hal-hazırda 1163 şagird təhsil alır. Şagirdlər 45 sinifdə komplektləşdirilmişdir. Məktəbdə 93 müəllim fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 07 oktyabr 2013-cü il tarixində məktəbdə əsaslı təmir işlərinə start verilmişdir. 01 sentyabr 2014-cü il tarixədək təmir işləri başa çatmışdır. Bu müddət ərzində məktəbin dam örtüyü, istilik sistemi, işıqlanma su kanalizasiyası və sistemləri əsaslı təmir olunmuşdur. Bütün sinif otaqları yeni lazımı avadanlıq və ləvazimatlarla təchiz edilmişdir. Məktəbin həyətyanı sahəsinin asfalt örtüyü yenilənmiş, hasar çəkilmişdir. Hal-hazırda məktəb müasir standartlara cavab verir və yeni tədris ilinə tam hazırdır. Bütün görülən işlərə görə möhtərəm Prezident İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi