Nailiyyətlərimiz

Seymur IsmayılovMəktəbin V “B” sinif şagirdi Seymur İsmayılov Yeniyetmələr və kiçik yaşlılar arasında Cüdo idman növü üzrə Tovuz OİK-nin turnirində 24 kq. Çəki dərəcəsində birinci yeri tutduğuna görə diplomla təltif olunmuşdur.

Bağırov Vüqar İlqar oğlu6-cı sinif şagirdi Bağırov Vüqar İlqar oğlu Bakı 24-25 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Kyokuşinkaykan Karate və Giyutaido Federasiyasının “İslam Həmrəyliyi İli” nə həsr edilmiş XXIV Respublika Çempionatının keçirilməsində yaxından köməklik göstərdiyinə görə FƏXRI FƏRMANLA təltif edilmişdir. AFFA tərəfindən 2017-2018-ci il mövsümünün “ƏN MƏHSULDAR OYUNÇUSU” mükafatina layiq görülmüşdür. Tbilisidə keçirilən 2017-2018 –ci l il BENDELA CUP 2017 turnirində “Ən yaxşı hücumçu” seçildiyi üçün diplom, kubok və mükafatlara layiq görülmüşdür. AFFA - nın təşkil etdiyi U-12 LIQA – sının respublika çempionatında “Ən MƏHSULDAR OYUNÇUSU – BOMBARDIR” seçildiyi üçün DIPLOM mükafatina layiq görülmüşdür. “Asiya - Fakt” informasiya agentliyinin “Sizi taniyaq” layihəsində 1 İYUN - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “firavan gələcək ” yaradıcılıq müsabiqəsində “ILIN ƏN FƏAL ŞAGIRDI” nominasiyası üzrə DİPLOMLA təltif olunmuşdur. “Tedua Production”-ın təşkil etdiyi “Baby Face Kids Fashion” 2018 uşaq moda yarışmasında fəal iştirakına görə sertifikat və hədiyyələrlə təltif olunmuşdur.

Əliyev Fərid Arif oğlu7- ci sinif şagirdi Əliyev Fərid Arif oğlu 06-07 yanvar 2018-ci il tarixlərində İmişli rayonunda keçirilən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə turnir və AŞİB kubokunda 46 kq çəki dərəcəsində 13 yaş qrupunda birinci yerə layiq görüldüyü üçün diplomla təltif olunmuşdur. 18 fevral 2018-ci il tarixində Eurofayt idman mərkəzi tərəfindən təşkil olunmuş Kikboksinq üzrə Azərbaycan birinciliyində Kik-layt proqramı üzrə 47 kq çəki dərəcəsində üçüncü yerə layiq görüldüyü üçün diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi