Birincilərin “Əlifba bayramı”

Məktəbimizdə 1 “J” sinifində Röya Qəniyevanın  rəhbərliyi ilə “Əlifba bayramı” keçirildi.  Tədbirdə  məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirin keçirilməsində əsas məqsəd  şagirdlərə ana, vətən,  torpaq məhəbbətini aşılamaq, onların qazandıqları bilik və bacarıqlara qiymət verməkdir. “Əlifba bayramı”nda böyük sevinclə məharətlərini nümayiş etdirən  birincilər şeirlər söyləyib, mahnılar ifa etdilər, səhnəciklər göstərdilər. Tədbirdə çıxış edən məktəb rəhbərliyi və valideynlər birincilərə təbriklərini çatdırıb, qarşıdakı tədris ilində onlara uğurlar arzuladılar, Röya Qəniyevaya öz təşəkkürlərini bildirdilər.

“Əlifba bayramı” birincilərin rəqs və mahnı kompozisiyaları ilə   başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi