"Heydər Əliyev ili"çərçivəsində rəhbərlik tərəfindən nümunəvi dərslər dinlənildi.

 "Heydər Əliyev ili" çərçivəsində Fənn birləşmələrinin fəaliyyət planına  uyğun olaraq aprel ayında məktəbdə informatika -STEAM fənnindən nümunəvi dərslər təşkil edilmişdir.Məktəbin Riyaziyyat- STEAM müəllimi Əhmədova Nuray VII A sinfində "CNC Lazer" mövzusunda, informatika müəllimi Qafarova Gülnar 5 V A sinfində  "Sosial şəbəkələrdən istifadə qaydaları"mövzusunda nümunəvi dərs keçmişlər.Nümunəvi dərsdə məktəbin direktoru Təranə Paşayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Aytac Qurbanova,STEAM müəllimləri Babayeva Səmayə,Qafarova Gülnar, Novruzova Günay,Əhmədova Nuray iştirak etmişlər. Dərsin gedişində şagirdlərlə söhbət aparıldı, keçirilən mövzu ilə bağlı fikirləri dinlənildi.Dərsdən sonra müvafiq rəy hazırlanıb müəllimlərə təqdim olunaraq müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi