Gənc riyaziyyatçıların intellekt musabiqəsi 151 nömrəli tam orta məktəbin şagirdləri Qasımov Murad, Musayev Tofiq, Mayılov Rüfət 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən ”Gənc riyaziyyatçıların intellekt müsabiqəsi” nin final mərhələsində iştirak edərək sertifikatlara layiq görülmüşlər.
5 “A” sinif şagirdi Hümbətli Kamil final mərhələdə yüksək bilik və bacarıq nümayiş etdirdiyinə görə III dərəcəli diplomla təltif olunmuşdur.
Inşa yazı müsabiqəsinin qalibi Məktəbin XI”A” sinif şagirdi Fidan Əliyeva Nəsimi rayon məktəbliləri arasında Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuş və Nəsimi rayon İcra Hakimiyyyəti tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırılmışdır.Yeni uğurlar arzu edirik.
Şagirdlərimizin yeni uğuru Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında fəal iştirakına görə, Həmidli Xalid İlham oğlu, Ömərov Xəlil Avtandil oğlu və Həsənov Tural Azər oğlu sertifikatlara layiq görülmüşlər. Yeni-yeni uğurlar arzu edirik.