Azərbaycan dili milli varlığımızdır
Məktəbdə “Dilimizi qoruyaq” şüarı altında silsilə tədbirlər davam edir. 21 fevral 2024 cü il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə İsmayılovanın təşkilatçılığı ilə “Azərbaycan dili- milli varlığımızdır” adlı ədəbi-bədii kompozisiya təşkil edildi.
Tədbirdə ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə geniş məlumat verildi. Qeyd edildi ki, dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir.
Tarixin qaynaqlarından süzülüb gələn ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib. VIII “A” sinif şagirdlərinin iştirakı ilə C.Məmmədquluzadənin “Anamın kitabı” və S.Vurğunun “Vaqif” əsərləri səhnələşdirilmişdir.
Sənətkarlarımızın yazıb yaratdığı bu incilər bu günümüz üçün də qiymətlidir.
Dilimizi qoruyaq ! O bizim milli varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.