Ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə pedaqoji şura keçirildi

  01.02.2024-cü il tarixdə məktəbin növbəti Pedaqoji şuranın növbəti  iclası keçirildi. İclasda məktəbin rəhbər işçiləri, pedaqoji kollektiv və siniflər üzrə valideyin komitələrinin sədrləri iştirak etdi.

Məktəbin direktoru Kifayət Tanrıverdiyeva iclası açıq elan edərək gündəlikdəki məsələləri elan etdi.

Pedaqoji şurada ilk öncə təlim-tərbiyə işləri üzrə direktor müavini Həyat Dünyamalıyeva yarımilin yekunu,BSQ-nin aparılması və qiymətləndirilmələr, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri və digər məsələlər barədə çıxış etdi.

   Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Mahirə Qafarova şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan olması üçün görülən tədbirlər, məktəbdə müəllimlər tərəfindən icra olunan növbətçilik barədə məlumat verdi. Daha sonra iclasda məktəbdə təhsil şagirdlərin təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin əhəmiyyəti və digər vacib məsələlər müzakirə olundu. Məktəbdə neqativ halların müşahidə olunmaması və gələcəkdə də müəssisədə olan şəxslərin təhlükələrlə qarşılaşmaması üçün görüləcək işlərdən danışıldı.

    Şurada məktəbin psixoloqu Bahar Qasımova məktəbdə psixoloji xidmətin təşkilinin səviyyəsi barədə məlumat verdi. I yarımil ərzində bu isiqamətdə görülən işlərdən danışdı.

Sonra məktəbin UBR Məmdudə Mirzəyeva I yarımildə keçirilmiş tədbirlərin hesabatını həmçinin "Şagird davranış qaydaları"nın icra səviyyəsi haqqında çıxış etdi. Valideyn-məktəb münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün valideynləri "Açıq qapı" günlərində daha aktiv iştirak etməyə çağırdı.

    Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi və müəllimləri və valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi