20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

  Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarını yad etmək, gənclərdə vətənpərvərlik hissini yüksəltmək məqsədi ilə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar" 20 yanvar  faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir " adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsindən otuz dörd il ötməsinə baxmayaraq, o məsum gecənin doğurduğu matəm acısı unudulmamışdır.

   Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu.

   I-XI siniflər üzrə 20 Yanvar faciəsi ilə əlaqədər divar qəzetləri buraxıldı, məktəbin foyesində foto-stend hazırlandı və güşə yaradıldı. 

  Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimiz var. Onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizidə daim yaşayacaqdır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi