Şagirdlərin peşə marağının öyrənilməsi
Şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəlməsi məqsədi ilə VI “B” sinfində məktəbin fizika müəllimi Tamarə Cəfərova maarifləndirici söhbət apardı.
Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur.
Müxtəlif ixtisaslar haqqında geniş məlumatlar verildi və şagidlərin təqdimatları dinlənildi.