"Erkən nigahın qarşısının alınması" adlı maarifləndirici dərs keçirildi
Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədilə IX siniflərdə sinif təşkilat saatlarında biologiya müəllimləri, məktəbin həkimi, tibb bacısı və psixoloqun iştirakı ilə “Erkən nigahın qarşısının alınması" adlı maarifləndirici dərslər təşkil edildi.
Şagirdlərlə geniş diskussiya aparıldı, onların fikirləri dinlənildi və sualları cavablandırıldı.