Bakı Zooloji Parkında dərs-ekskursiya
Məktəbin I-IV sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkına dərs-ekskursiya təşkil edilmişdir. İbtidai sinif müəllimləri “Canlıların yaşadığı yerlər” adlı dərsdə uşaqlara canlıların yaşadıqları yerlər haqda geniş məlumat vermişlər.
Ekskursiyadan sonra uşaqlarla oradakı heyvanların yaşayış tərzi haqda sorğu təşkil edilmişdir.
Dərs – ekskursiya şagirdlərin böyük marağına səbəb olmuşdur.