"Əsgərə məktub" layihəsi həyata keçirilib
Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu Parkı”nda Zəfər günü münasibətilə "Əsgərə məktub " layihəsi keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları və məktəbimizin bir qrup şagirdləri iştirak ediblər.
Tədbirdə təqdim olunan mahnılar, şagirdlərin söylədiyi şerlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi maraqla qarşılanmışdır.
Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.