“Öz hüquqlarını necə bilirsən?” adlı dərs təşkil edildi
VI “B” sinfində məktəbin rus dili və ədəbiyyat müəllimi Sənubər Almasovanın təşkilatçılığı ilə “Öz hüquqlarını necə bilirsən? ” adlı dərs təşkil edildi.
Əsas məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılmasından ibarət olmuşdur.
Dərs rollu oyun, araşdırma iş üsulları əsasında həyata keçirildi, təqdimatlar dinlənildi.
Məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin həyata keçirilməsi davam etdirilir.