Sağlam narkotiksiz həyat seç!

   Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı şagirdlər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq məqsədilə məktəbin biologiya müəllimi Afət Güləliyevanın rəhbərliyi ilə IX"Ç" sinfində “Sağlam narkotiksiz həyat seç !” adlı maarifləndirici tədbir təşkil edildi.  

   Qeyri sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirini göstərir. 

   Şagirdlər müxtəlif təqdimatlarla çıxışlar etdilər. Onlara müxtəlif məlumatlar verildi, sualları cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi