Dayanıqlı inkişaf məqsədlərinin öyrənilməsinə dair açıq dərs
Oktyabrın 10-da 151 nömrəli tam orta məktəbdə “Dayanıqlı inkişaf məqsədləri – keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsi məktəbin tarix müəlimi Murad İsmayılov təşkil edib. Açıq dərsin keçirilməsində məqsəd şagirdləri bəşəriyyətin aktual problemləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tanış etməkdir.
Şagirdlər təhsilin insan həyatında rolu, keyfiyyətli təhsilin bəşəriyyətə təsiri mövzusunda tapşırıqlar yerinə yetirib, fikir mübadiləsi aparıblar.
Məktəbdə Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə yönəlmiş silsilə dərslərin təşkili davam edir.