Tarixin qürurla xatırlanan günü
Üç ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifade edir. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxan, Vətən Müharibəsinin qəhrəmanlıq səhifəsini qanları ilə yazmış şəhidlərimizi ehtiramla anırıq.
Məktəbdə “Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər təşkil edildi. Açıq dərslər keçirildi, siniflər üzrə divar qəzetləri tərtib edildi, Şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edildi.
Bir daha Anım Günündə bütün Vətən şəhidlərinin ruhu qarşısında sonsuz ehtiramla baş əyirik !