Xocalı soyqırımı – 31 il
Fevralın 24-də Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımının 31 -ci ildönümü”-nə həsr olunmuş tədbirlər planı hazırlandı və plana əsasən silsilə tədbirlər həyata keçirildi. Birinci dərslər “Xocalı soyqırımı”-na həsr olundu.
Məktəbin tarix müəllimi Arzu Quliyevanın təşkilatçılığı ilə “Xocalı soyqırımının 31-ci ildönümü” nə həsr olunmuş ədəbi – bədii kompozisiya keçirildi. Tədbirdə V-VIII siniflər iştirak etdi.Tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımına aid şeirlər,bayatılar səsləndirildi.
Əl işlərindən ibarət sərgi təşkil edildi, divar qəzetləri buraxıldı və videoçarxlar nümayiş edildi.