Əhməd Cavad – 130

   Əsərləri ilə oxucuların qəlbində əbədi heykəl ucaltmaq səadəti yalnız o sənətkara qismət olur ki, yaşadığı torpağına, vətəninə, millətinin müstəqilliyi uğrunda  mübarizəyə qırılmaz tellərlə bağlı olsun. Əhməd Cavad məhz belə həmişəyaşar sənətkar olmuş, olaraq qalacaqdır.

   Məktəbdə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edildi.

   Məktəbin kitabxanasında keçirilən dəyirmi masa Əhməd Cavadın sözlərinə  yazılmış Azərbaycan Dövlət Himni ilə başladı.Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Nağıyevanın təşkilatçılığı ilə VIII “A” sinif şagirdləri Əhməd Cavad yaradıcılığına səyahət edərək geniş məlumatlarla çıxışlar etdilər, müxtəlif şeirlər səsləndirdilər.

   Sonda bir daha qeyd edildi ki, Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalınnın böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək, daim yaşayacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi