Valideyn və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi

   Ailə məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, özünü dərketmə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.

   Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə “Ailəm və məktəbim ” layihəsi çərçivəsində məktəbin kitabxanasında dəyirmi masa təşkil edildi. Dəyirmi masa məktəbin rus dili və ədəbiyyat müəllimi Sənubər Almasova tərəfindən keçirildi.

   “Azərbaycan doğma yurdum” adlı dəyirmi masada V “B” və VI “B” sinif şagirdləri, müəllimlər və valideynlər iştirak etdilər.

  Məktəbdə valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması ilə əlaqədar müxtəlif silsilə tədbirlər davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi